Rusiyada saxlanılan Şahin Şıxlinski cinayətkar birliyin yaradılmasında ittiham oluna bilər

İyulun 1-də axşam saatlarında saxlanılan “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski cinayətkar birliyin təşkilinə dair cinayət işi üzrə fiqurant ola bilər.

Odlardiyarı.info xəbər verir ki, bu barədə E1.RU öz mənbələrinə istinadən məlumat yayıb.

Lakin diaspor rəhbərinin prosedur statusu ilə bağlı rəsmi heç nə məlum deyil. Onun oğlu Mutvəli Şıxlinski atasının əvvəllər qaldırılmış cinayət işləri üzrə şahid olduğunu iddia edir.

Məlumata görə, güc strukturlarının əməkdaşları məhz Şahin Şıxlinskini 2001 və 2011-ci illərdə iki sifarişli qətlin və 2010-cu ildə adam öldürməyə cəhdin sifarişçisi hesab edə bilərlər.

Guya o, “Taqanskiy ryad”da aparılan ticarətdən xərac ödəməkdən imtina edən Yunis Paşayevin qətlinə razılıq verib. Ardınca Paşayevin ölümündən sonra diasporun ikiyə parçalanan hissələrindən birinə faktiki liderlik edən Fexruz Şirinovun vəzifəsindən uzaqlaşdırılması cəhdi olub. Lakin Şirinov tapançanın açılmaması sayəsində sağ qalıb və 2010-cu ildə oğlu ilə birlikdə qatili saxlaya bilib.

2011-ci ildə İkram Hacıyev öldürülüb, o, Paşayevin ölümündən sonra bir müddət Şıxlinski ilə birlikdə çalışıb, lakin sonra diaspora kimin rəhbərlik edəcəyi ilə bağlı mübahisələri yaranıb. Nəticədə Hacıyev başından güllə ilə vurularaq öldürülüb.

Bu gün axşam saatlarında Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında növbəti saxlanılmalar aparılıb.

Odlardiyarı.info E1.RU-ya istinadən xəbər verir ki, hadisə yerindən çəkilmiş foto və videolarda Uraldakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlinskinin üzüstə asfalt üzərinə yatırıldığı görünür. Mütvəlinin 500 nömrə nişanlı “Galendewagen” avtomobilinin şüşələri sındırılıb.

Nəşrin mənbəsinin sözlərinə görə, həbslər 2001-ci ildə Yunis Paşayev və 2011-ci ildə İkram Hacıyevin qətli ilə bağlı ola bilər.

Qeyd olunur ki, güc strukturlarının əməkdaşları qətllərin sifarişçilərini axtarırlar, onların Şıxlinskiyə sualları yaranıb. Məlumata görə, Mütvəli dindirildikdən sonra sərbəst buraxılıb, atası Şahin Şıxlinski isə saxlanılıb.

Rusiyanın Yekaterinburq şəhərində yerləşən “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb.

Odlardiyarı.info-ın “URALIVE” “Telegram” kanalına istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Sosial şəbəkələrdə saxlanılma anının görüntüləri yayılıb.

Azərbaycan diasporundan faktı təsdiqləyiblər.

Vəkil Mutvəli Şıxlinski (Şahin Şıxlinskinin oğlu) nəşrə “Atam saxlanıb” deyib.

Onun sözlərinə görə, atası saxlanmazdan əvvəl təqib edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

azAzerbaijani