Voronejdə saxlanılan azərbaycanlı sahibkar azadlığa buraxılıb

Voronejdə tutulduğu barədə xəbərlər yayılan azərbaycanlı sahibkar Yusif Xəlilov azadlığa buraxılıb.

Bu barədə Odlardiyarı.info-a Voronej vilayətinin Azərbaycan icmasının rəhbəri Mehdi Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, Y.Xəlilov 27 iyun tarixində saxlanılmış, lakin elə həmin gün azadlığa buraxılmışdı.

“Hazırda Voronej vilayətində Azərbaycanlılara qarşı hər hansı bir əməliyyat aparılmır, saxlanılan yoxdur”, – deyə o məlumat verib.

Rusiyanın Voronej şəhərində azərbaycanlı sahibkar Yusif Xəlilov saxlanılıb.

Odlardiyarı.info “Nyusaç” “Telegram” kanalına istinadla xəbər verir ki, o, regionun ən böyük Alekseyevski bazarının həmsahibidir.

Bu məsələ ilə bağlı rəsmi məlumat hələlik yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

azAzerbaijani