Ermənistanın baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyanın sosial şəbəkələrdə Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı təhqiramiz ifadələr işlətməsi ölkədə siyasi və ictimai qalmaqala səbəb olub.
Odlardiyari.info xəbər verir ki, bu paylaşımlarda ruhanilərə qarşı açıq şəkildə alçaldıcı ifadələr işlədilib, kilsə nümayəndələri celibat qaydalarını (latınca caelibatus – subaylıq deməkdir. Xristian kilsəsində ruhanilərin evlənməkdən və cinsi münasibətlərdən imtina etməsi barədə qəbul etdikləri and) pozmaqda ittiham olunub.